9 oktyabr 2023 at 16:20
Jurnalist kodu: 5487
Xəbər kodu: 85252951
T T
0 Persons

Tags

İranın BMT-dəki nümayəndəliyi Wall Street Journal-ın iddiasına cavab verib

Tehran - İRNA - İranın BMT-dəki nümayəndəliyi bəyanat yayaraq, İranın Fələstin xalqına dəstəyini vurğulamaqla yanaşı, Fələstin müqavimət qüvvələrinin “Fələstin xalqının qanuni maraqlarına dönməz şəkildə uyğun olan” qərarlarında müstəqil hərəkət etdiyini bildirib.

İRNA-nın məlumatına görə, İranın BMT-dəki nümayəndəliyinin cavabının davamında bildirilir: “Biz Fələstini qətiyyətlə dəstəkləyirik. Lakin biz Fələstinin reaksiyasında iştirak etmirik, çünki bu cavab ancaq Fələstinin özünə aiddir. Fələstinin qətiyyətli hərəkətləri qeyri-qanuni sionist rejimin yeddi onillik zalımcasına işğalçılığı və iyrənc cinayətlərinə qarşı tamamilə qanuni müdafiədir.”

Bununla bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani də bu günkü mətbuat konfransında deyib: “Fələstin xalqının müqavimət qüvvələri özünü müdafiə etmək və itirilmiş hüquqlarını bərpa etmək üçün lazımi qabiliyyət və iradəyə malikdir və özünə aid olan gücünə arxalanaraq bunu həyata keçirə bilər.”

N. Kənani əlavə edib: “İrana qarşı bəzi ittihamlar siyasi məqsədlə və son məğlubiyyətə bəraət qazandırmaq və təbii ki, Qərbin sionist rejimə müxtəlif dəstəyinə haqq qazandırmaq məqsədi ilə irəli sürülür.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .